İşçiləri daşıyan mikroavtobus iki TIR-ın arasında qaldı: 2 ölü, 8 yaralı - FOTO

Avtosfer Foto 4 Mart 2020 12:19 Oxunub 2167
İşçiləri daşıyan mikroavtobus iki TIR-ın arasında qaldı: 2 ölü, 8 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza ilə bağlı araşdırmalara başlanılıb

Türkiyənin Manisa vilayətində 3 nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən məlumat verir ki, insident bu gün səhər saatlarında Akhisar rayonunun Kapaklı məhəlləsində qeydə alınıb.

Məlumata görə, Manisanın mərkəzindən Akhisar istiqamətində hərəkətdə olan 35 KJH 66 qeydiyyat nömrə nişanlı TIR naməlum səbəblərdən sürətini azaldıb, bu arada arxasında toyuq firmasının işçilərini daşıyan mikroavtobus da ona görə sürətini tənzimləyib. Bundan sonra isə arxadan gələn 35 HAN 93 qeydiyyat nömrə nişanlı daha bir TIR, mikroavtobusa arxadan çırpılıb. Zərbənin təsirindən mikroavtobus qarşıdakı TIR-ın yük yerinin altına girib.

Nəticədə 2 nəfər hadisə yerində dünyasını dəyişib, daha 8-i isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh