Avtosfer.az | Reklam
Qəsəbə sakinləri: “Yağışlı havada yolda hərəkət edə bilmirik” - VİDEO
Oxucu məktubları 4 Mart 2020 13:10 440 dəfə oxunub
Qəsəbə sakinləri: “Yağışlı havada yolda hərəkət edə bilmirik” - VİDEO
Yağışlı havalarda təmirsiz olan yolda gediş-gəliş çox çətinləşir

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan sakinlər yollarının bərbad vəziyyətdə olmasından əziyyət çəkirlər. Avtosfer.az Baku TV-ə istinadən xəbər verir ki, qəsəbədə yerləşən Atatürk küçəsində kanalizasiya xətləri yaxşı işləmir. Yağışlı havalarda təmirsiz olan yolda gediş-gəliş çox çətinləşir. Sakinlər bildirirlər ki, bir neçə dəfə öz vəsaitləri ilə küçəyə daş töküblər, ancaq yolun ciddi təmirə ehtiyacı var. 

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, yaxın zamanda həmin küçədə təmir işləri aparılacaq.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh