“Xalq sığorta”dan növbəti şikayət: “Get nə bacarırsan elə” - FOTO

Xəbərlər 13 Mart 2020 18:54 Oxunub 6886
“Xalq sığorta”dan növbəti şikayət: “Get nə bacarırsan elə” - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vətəndaş aidiyyəti qurumlardan ona kömək edilməsini xahiş edib

Salyan rayon sakini Məhərrəm Əsəd oğlu Məmmədov Avtosfer.az-a müraciət edərək “Xalq sığorta”dan şikayət edib. Vətəndaş bildirib ki, 2019-cu ilin noyabr ayının 9-da idarə etdiyi 52 BG 885 dövlət nömrə nişanlı, “Mercedes E200” markalı avtomobil ilə hərəkətdə olarkən Rəcəbov Bayram Bilal oğlunun 50 BH 533 dövlət nömrə nişanlı, VAZ 2106 markalı avtomobil tərəfindən vurulub. Nəticədə onun maşına ciddi ziyan dəyib. Rəcəbov Bayram Bilal oğlunun idarə etdiyi maşın PXA1976064864 nömrə ilə “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta edilib.

Amma “Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən mənə 1300 manat dəymiş ziyanın ödəniləcəyi bildirmişdilər. Məndə imtina etdim və mən dəyən ziyanın tam ödənilməsini istərdim. Şirvan şəhərində “ Xalq Sığorta” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisi Ağalarov İlkin tərəfindən bundan artıq məbləğon ödənilməcəyi bildirildi. Bundan narazıyam və mənə dəymiş ziyanın tam ödənilməsinə köməklik göstərməsini xahiş edirəm.

Vətəndaş deyir ki, hadisədən artıq 4 aya yaxın vaxt keçməsinə baxmayaraq “Xalq sığorta” ona dəymiş ziyanı ödəmir. “Mənə dəymiş ziyanın qarşılığında 1300 manat pul təklif etdilər. Halbuki rəsmi olaraq servis tərəfindən dəymiş ziyan 2931 manat dəyərləndirilib. Məsələ ilə bağlı Maliyyə Bazarına Nəzarət Palatasına, Mərkəzi Banka rəsmi olaraq müraciət ünvanlamışam. Lakin hər iki halda məktublar “Xalq sığorta”ya yönləndirilib. Şirkət isə mənə özünün qiymətləndirdiyi məbləğdən artıq pul verməyəcəyini deyir. Etiraz etdikdə isə “get nə bacarırsan elə” kimi fikirlər səsləndirirlər.”

Vətəndaş deyir ki, ekspertizanın keçirilməsi üçün rəsmi qurumlar tərəfindən “Xalq sığorta”ya müraciət göndərilsə də bu günə kimi ekspertiza keçirilməyib.

Vətəndaş aidiyyəti qurumlardan ona kömək edilməsini xahiş edib.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh