«BMW» şirkəti loqotipini dəyişdirdi - FOTO

Avtodünya 4 Mart 2020 13:35 Oxunub 2112
«BMW» şirkəti loqotipini dəyişdirdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Brend yeni və gənc bir auditoriyanın diqqətini cəlb etmək qərarına gəldi

«BMW» şirkətini loqotipini yenilədi. “Concept i4” şou-karda debüt edən yeni loqotip dəyirmi forma alıb,  lakin hərflərin şrift üslubu və xarici dairənin doldurulmaması ilə fərqlənir.

Avtosfer.az xəbər verir ki, mövcud loqotip 1997-ci ildən bəri modellərdə istifadə olunur, «BMW»-nin fikrincə, artıq köhnəlib. Yeni loqotip “rəqəmsal dünyada” yaşayan gəncləri markaya cəlb etmək məqsədi daşıyır. Eyni zamanda, sadiq bir tamaşaçı "markanı yenidən kəşf edə biləcək". Yeni loqotipini BMW qisqartmasının konturu və xarici dairənin itkin bərk rəng dolması ilə birini digərindən ayırd edə bilərsiniz - indi avtomobillərdə loqotipin bu hissəsi şəffaf olacaqdır.

Yeni loqotip canlı olaraq “BMW Concept i4” elektrik sedan konsepsiyasında göstərilib. Loqotipinin xarici, hissə-hissə rənglənməmiş gövdəsi avtomobilin rənginə uyğun olacaq. Bundan əlavə, yeni loqotip düz görünür və şirkətin 1963-cü il gerbinə bənzəyir.

Nazim Nadiroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh