“Bentley” 1,5 milyonluq “Bacalar”ı təqdim etdi - FOTOLAR

Avtoxəbər 4 Mart 2020 19:40 Oxunub 1332
“Bentley” 1,5 milyonluq “Bacalar”ı təqdim etdi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkət hər iki ildən bir belə eksklüziv maşın istehsal etməyi planlaşdırır

“Bentley” şirkəti İngilis markalarının ən bahalı modeli olacaq “Bacalar” kabrioletini təqdim edib. Avtosfer.az xəbər verir ki, avtomobilin qiyməti təxminən 1,5 milyon funt-sterlinqdən başlayır (2,846,100 AZN).

“Bentley Bacalar” yeni “Continental GT” bazasında düzəldilib. İş əmsalı 635-dən 660 at gücünə qədər artırılaraq iki turbinli altı litr həcmli W12 mühərriki ilə təchiz olunub. Fırlanma anı əvvəlki kimi – 900 nyuton metrdir.

Mühərrik, səkkiz pilləli robotlaşdırılımış transmissiya və ikili mufta ilə işləyir.

“Bacalar” ilk “yüzü” 3,6 saniyəyə yığır. Avtomobilin maksimal sürəti saatda 320 km-i keçir.

“Bentley Bacalar” Britaniya brendinin seçilmiş müştəriləri üçün nəzərdə tutulmuş məhdud sayda 10-12 nüsxədə buraxılacaq.

Qeyd edilir ki, şirkət hər iki ildən bir belə eksklüziv maşın istehsal etməyi planlaşdırır.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh