Dəhşətli qəza: sürücü ölüb, daha 6 nəfər yaralanıb

Qəzalar 2 İyun 2014 12:35 Oxunub 1669
Dəhşətli qəza: sürücü ölüb, daha 6 nəfər yaralanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nizami rayonu ərazisində ağır yol qəzası baş verib

Paytaxtda daha bir ağır yol-nəqliyyat hadisəsi baş verib  İyunun 1-i saat 21 radələrində Nizami rayonu ərazisində ağır yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Rüstəmov küçəsində Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Ceyhun İsmayılovun idarə etdiyi «Lada Priora» və 1987-ci il təvəllüdlü Zahid Hacıyevin idarə etdiyi «Opel Vektra» markalı avtomobillər toqquşub. Nəticədə, C.İsmayılov, sərnişinləri 1966-cı il təvəllüdlü Oqtay Cabbarov, 1994-cü il təvəllüdlü Fərid Kərimov, Z.Hacıyev, sərnişinləri Astara rayon sakinləri 1987-ci il təvəllüddən olanlar İlyas Nuriyev, Ziyarət Mirzəyev və 1992-ci il təvəllüdlü Ceyhun Hacıyev xəsarətlə 3 saylı xəstəxanaya yerləşdirilib. 39 yaşlı Ceyhun İsmayılov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh