“VAZ” piyada keçidində 17 yaşlı qızı vurdu - VİDEO

Avtosfer TV 5 Mart 2020 14:10 Oxunub 1133
“VAZ” piyada keçidində 17 yaşlı qızı vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə 17 yaşlı qız orta dərəcəli bədən xəsarətləri alıb

Rusiyanın Sankt-Peterburq şəhərində avtomobilin piyadanı vurma görüntüləri təhlükəsizlik kameralarına düşüb. Avtosfer.az xəbər verir ki, insident Krasnoselsk rayonunun Veteranlar prospekti ilə Partizan Qerman küçəsinin kəsişməsində qeydə alınıb.

Kadrlarda, qızın tənzimlənən piyada keçidindən qaçaraq keçməyə çalışdığı və bu anda sürətlə hərəkətdə olan “VAZ” markalı minik avtomobilinin onu vurduğu görülür. Zərbənin təsirindən avtomobilin ön şüşəsinə dəyən yeniyetmə asfalta düşür.

Bildirilir ki, qız işıqforun qadağanedici işığında keçib. Nəticədə 17 yaşlı qız orta dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh