"Protiv" çıxan sürücülər tıxaca səbəb oldu- 16 bal 400 manat - VİDEO

Qaydalar 5 Mart 2020 15:30 Oxunub 1373
"Protiv" çıxan sürücülər tıxaca səbəb oldu-  16 bal 400 manat - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qarşıdan gələn sürücülərin yolunu kəsiblər

Bakıda əks istiqamətə çıxan avtomobillər digər sürücülərin yolunu kəsib. Avtosfer.az xəbər verir ki, fevralın 4-ü paytaxtın Süleyman Əhmədov küçəsində hərəkət edən 10-MJ-122 qeydiyyat nişanlı “Mercedes” markalı, 99-ED-716 qeydiyyat nişanlı “Nissan” markalı, 10-SB-491 qeydiyyat nişanlı “Mercedes” markalı və 99-RF-037 qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobillərin sürücüləri 1.1 bütöv xəttin tələbini pozaraq əks istiqamətdə axına qarşı hərəkət ediblər. Videogörüntüdən də aydın şəkildə görünür ki, Nobel prospekti ilə hərəkət edib sağa dönmək istəyən yük avtomobili, qaydaları pozaraq əks istiqamətlə hərəkət edən sürücülərə görə dönə bilmir.

Ümid edirik ki, DYP idarəsi qeyd etdiyimiz sürücülər barəsində inzibati məsuliyyət tədbirləri görər.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh