Dayanacaqda avtobusdan düşən qadını motosiklet vurdu - VİDEO

Avtosfer TV 5 Mart 2020 15:50 Oxunub 1300
Dayanacaqda avtobusdan düşən qadını motosiklet vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Türkiyənin İstanbul şəhərində qeydə alınıb

Türkiyənin İstanbul şəhərində motosikletlinin sərnişin avtobusundan enən qadını vurma görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az İHA-ya istinadən xəbər verir ki, insident Çəngəlköy rayonunda qeydə alınıb.

Kadrlarda, sərnişin avtobusunun dayanacaqda dayandığı və içərisindən sərnişinlərin düşdüyü görülür. Bu arada avtobusdan düşmək istəyən qadına arxadan gələn motosiklet çırpılır.

Zərbənin şiddətindən qadın yerə sərilir. Yıxıldığı yerdən qalxa bilməyən qadının köməyinə avtobusdakı sərnişinlər gəlir.

Digər təfərrüatlar barədə məlumat verilmir.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh