“Maşını 208 sürətlə sürmüşəm” - Yaşardan şok açıqlama

Qaydalar 5 Mart 2020 16:20 Oxunub 1339
“Maşını 208 sürətlə sürmüşəm” - Yaşardan şok açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Səhvimi bilirəm, amma daha təkrarlamıram"

Müğənni Yaşar Cəlilov avtomobil idarə edərkən kobud şəkildə qayda pozduğunu etiraf edib. “Qafqazinfo” xəbər verir ki, o, qonaq olduğu “Ona qalsa” proqramında maşınla bir neçə dəfə 208 sürət həddi ilə hərəkət etdiyini bildirib. “120-lik yolda 70-80-lə gedən sürücülərin cərimə olunmasını istəyirəm. Nə özləri sürə bilir, nə də bizi sürətli hərəkət etməyə qoyurlar. Ən yüksək sürətim 208 olub. Yalan danışmaq istəmirəm. 2010-cu ildə Bakı-Kürdəmir yolunda sürmüşəm. Kupe maşınımla bir neçə dəfə bunu təkrarlamışam. Səhvimi bilirəm, amma daha təkrarlamıram. Cavan idim, avtomobilim 320 ilə getsə də, sürmərəm”.

Xatırladaq ki, sözügedən yolda minimal sürət həddi 90 km/saat, maksimal sürət isə 110 km/saatdır. Azərbaycanda yolda müəyyən edilən hərəkət sürəti həddini aşan sürücülər İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsinin tələblərinə əsasən cərimələnirlər.

Məlumat üçün bildirək ki, Azərbaycanda yol hərəkəti haqqında qanunun 50-ci maddəsinin tələblərinə əsasən avtomagistrallarda maksimal sürət həddi 110 km/saat-dan artıq ola bilməz.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh