Con Kerri qəzaya düşdü

Maraqlı 31 May 2015 16:20 Oxunub 1542
Con Kerri qəzaya düşdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kerriyə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra "HUG" xəstəxanasına çatdırılıb

ABŞ-ın Dövlət Departamentinin katibi Con Kerri Fransada, İsveçrə sərhəddinin 40 kilometrliyində velosiped qəzasına düşüb. ABŞ Xarici İşlər nazirliyinin rəsmisi Con Kirbi verdiyi açıqlamada Kerinin huşunun özündə olduğunu, ayağından xəsarət aldığını deyib. Kerriyə hadisə yerində ilkin tibbi müdaxilə göstərildikdən sonra İsveçrənin Cenevrə şəhərindəki "HUG" xəstəxanasına çatdırılıb. Kerrinin burada nə qədər qalacağı barədə məlumat verilməyib. 

Qeyd edək ki, Con Kerri İranın xarici işlər naziriylə nüvə silahlarının müzakirəsi üçün Cenevrədə idi. Onun ispan kralı ilə görüşmək üçün axşam Madridə getməsi planlaşdırılırdı. 

Kerri bundan sonra İŞİD terrorunun müzakirəsi üçün Parisdə keçirilən konfransda iştirak etməli idi. Diplomatik səfərlərində velosipeddən istifadə etməyi xoşlayan Kerri çox vaxt velosipedini də səyahət edəcəyi təyyarədə özü ilə aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh