Sürücülərə xəbərdarlıq: avtomobillərinizi orda saxlamayın

Avtoxəbər 1 İyun 2015 00:26 Oxunub 1505
Sürücülərə xəbərdarlıq: avtomobillərinizi orda saxlamayın
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu qadağa bir ay ərzində - iyulun 1- dək qüvvədə olacaq

Bakıda Avropa Oyunları zamanı yarışların keçiriləcəyi idman arenalarının ətrafında parklanmaya nəzarət zonaları yaradılır. Ona görə də həmin zonalarda rəsmi icazəsi olmayan şəxslərin nəqliyyat vasitələrini saxlaması bir ay müddətinə qadağan edilir. Avtosfer.az-ın məlumatına görə, bununla bağlı qadağalar mayın 31-dən iyunun 1-ə keçən gecə qüvvəyə minib. Hətta həmin ərazilərdəki parkomatların fəaliyyəti də dayandırılır. Bu zonalarda avtomobillərini yalnız parklanmaya xüsusi icazə sənədi olanlar, o ərazidə yaşayan sakinlər saxlaya bilərlər. Belə bir icazəsi olmayan sakinlər mütləq mənzil - kommunal idarələrinə müraciət etməlidirlər. Həmin zonada rəsmi saxlama icazəsi olmayan avtomobillər dərhal təxliyə olunacaq və onların sahibləri cərimələnəcəklər. Bu qadağa bir ay ərzində, iyulun 1-dək qüvvədə olacaq.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) isə bildiriblər ki, ümumiyyətlə, bu günlərdə paytaxt ərazisində qeyri-qanuni parkinq edən sürücülərə qarşı mübarizə tədbirləri gücləndiriləcək. Bu məsələlərə ciddi nəzarət olunacaq və qaydanı pozanlar qanunvericiliklə cəzalandırılacaqlar. Ona görə də, sürücülərə yollarda narahatlıqlardan və xoşagəlməz hallardan uzaq olmaq üçün ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh