Bakıda "07" sağ-sol edərək piyadanı vurub qaçdı - VİDEO

Avtosfer TV 6 Mart 2020 12:19 Oxunub 6298
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Videoya baxandan sonra sürücülər bir az da diqqətli olacaq və belə səhvlərə yol verməyəcək

Bakıda baş vermiş piyadavurma hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə bir neçə ay əvvəl baş verib. VAZ 2107 markalı avtomobilin sürücüsü manevr qaydalarını pozur. Nəticədə təyin olunmamış yerdən keçən piyadanı vurur. Sürücü hadisə yerini tərk edir. 

Nəqliyyat eksperti Elməddin Muradlı hadisəni şərh edərək bildirib ki, bəzən sürücülər manevr qaydasının pozulmasını adi hal hesab edir. "Amma videodan da göründüyü kimi sürücü sağ və sol manevrlər edir. Nəticədə yolu keçən piyadanı görmür. Sürücü qarşıdakı avtomobilin sürəti azaltmasına sanki əsəbləşir. Amma görünən odur ki, bu "əsəb" və "tələsməyin" sonu necə olur."

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hadisə bir müddət əvvəl baş verib. "Bu cür videoların yayılması maarifləndirmə xarakteri daşımalıdır. Diqqət etsəniz piyada təyin olunmamış yerdən yolu keçir. Təbii ki, ilk növbədə özünü təhlükəyə atır. Amma sürücülər də diqqəti olmalı və bu cür hallarda piyadaya maksimum yol verməlidir."
Şöbə rəisi bildirib ki, bu videoya baxandan sonra sürücülər bir az da diqqətli olacaq və belə səhvlərə yol verməyəcəklər.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh