Bu da Bakının motoxuliqanı - 99 A 903 - VİDEO

Qaydalar 6 Mart 2020 13:32 Oxunub 1455
Bu da Bakının motoxuliqanı -  99 A 903 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü sağ-sol edərək təhlükəli yaradıb

99-A-903 qeydiyyat nişanlı motosikletin sürücüsü martın 3-ü paytaxtın Vaqif prospektində hərəkət edərkən təhlükəli şəkildə manevrlər edib. Videogörüntü Avtosfer.az-ın kamerasına düşüb. Sürücü sağdan sola, soldan sağa manevrlər edərək avtomobillərin arasından keçib. Qeyd edək ki, bu manevrlər həm motosiklet sürücüsü və sərnişini, eləcə də digər sürücülər üçün təhlükəlidir. Motosikletin passiv təhlükəsizlik sistemi olmadığı üçün adi bir yol nəqliyyat hadisəsi zamanı  sürücü və sərnişinin həyatı təhlükə altında qalır. Ona görə də motosiklet, moped və velosiped sürücüləri yolda daha diqqətli olmalıdırlar. Lakin təəssüf hissi ilə bildirmək istəyirik ki, bu nəqliyyat vasitələrinin sürücüləri ən intizamsız sürücülər sırasındadır.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh