Dövlətə və polisə ...söymə: marginalların təhqir yarışına sözardı

Yol polisi 6 Mart 2020 13:50 Oxunub 2924
Dövlətə və polisə ...söymə: marginalların təhqir yarışına sözardı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Biz xəstə aparan maşını xəstəxanaya qədər müşayiət edib, həmin xəstəni həkimə çatdıran polislər gördük

Son vaxtlar Azərbaycan polisinə qarşı qərəzli kampaniya aparılmasına şahid oluruq. Kütləvi tədbirlərdə, aksiyalarda, ümumxalq ziyarətlərində bəzi qüvvələr tərəfindən bu cəhd daha açıq şəkildə görünür.

20 yanvar şəhidlərinin və Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi törənlərində hər il olduğu kimi, bu il də qərəzli və marginal qrupların polislərlə dartışmalarını müşahidə etdik... Siyasi müxalifətin polislə toqquşması hardasa normaldı. Küçə etirazları varsa, polisin müdaxiləsi qaçılmazdı. Bu, bütün dünyada mövcud bir təcrübədi.

Anormal olan başqa şeydi; polisi açıq və kobud şəkildə təhqir etmək, aşağılamaq cəhdləri. Küçə etirazları küçə sözləri ilə müşayiət olunur.

Polis dövlətin simalarından, sifətlərindən və sütunlarından biridi. Polisin üzünə tüpürmək, dövlətin üzünə tüpürməkdir. Polisə əl qaldırmaq, dövlətə əl qaldırmaqdı. Polisi təhqir etmək – dövləti təhqir etməkdi. Əsla ifrata varmırıq. Dövləti var edən, güclü qılan qanunlar və güc strukturlarıdır. Orduya, əsgərə sayğılı münasibət polisə də olmalıdı. Biri (ordu) xaricdən gözlənilən hücumları dəf etmək üçün yaradılır, digəri (polis) daxildəki təxribatların, təhlükələrin qarşısını almaq, stabilliyi qorumaq üçün var. Hər ikisi - əsgərlərimiz də, polislərimiz də bizə lazımdı. Bizdən biridirlər. Onlar bizim millətin içindən çıxmış övladlarımızdır. Onlara sayğılı davranmaq mənəvi-hüquqi borcumuzdu.

Bu günlərdə sosial şəbəkələrdən bir video izlədim. Bir neçə qadın küçədə polisləri üzlərinə təhqir edirdilər. Onlara olmazın söyüş-qarğışlar yağdırırdılar. Övladı yaşında polisə bu cür söymək, qarğımaq qadına, anaya yaraşan hərəkət deyil. Hətta polis haqsızlıq etsə belə, bu cür təhqiri, söyüşü haqq etmir. O qadın(lar) nəzakətlə polisə yanlışını deməlidi, söyüb, yamanlamamalıdı. Həmin videoda bir məqam diqqət çəkicidi: polislər onlara ünvanlanan heç bir təhqirə reaksiya vermirdilər. Susurdular. Qadına, həm də onu söyən qadına Azərbaycan kişisinə xas ərdəmlə cavab verirdilər - susmaqla. Ürək dağlayan mənzərəydi. Həm də qürurverici.

852a3d86-33d6-46f0-b4fd-b5432c93636e (1).jpg (146 KB)

Avropa polisi aksiyaçıları dağıdarkən

İstənilən ölkədə bu səhnənin sonu necə qurtarar, bilirsinizmi? Polisi (oxu, dövləti) söyən şəxslər küçənin ortasında sürütmə çəkilərdilər. Ən demokratik Avropa ölkələrində polisi təhqir etsən, söysən, üzünə tüpürsən, qadın, ya kişi, yaşlı, ya cavan olmana baxmadan səni döyüb, həbs edərlər.

ABŞ-da polisin ona tabe olmayanlara odlu silahdan dərhal atəş açmasını hər kəs yaxşı bilir. O ki qala Amerika polisini söyüb, təhqir edəsən. Adamın sülaləsini kəsərlər.

Türk polisi ile ilgili görsel sonucu

Qardaş Türkiyədə də polisin azərbaycanlı həmkarları qədər dözümlü olması mümkün deyil. Orda polislə çənə-boğaz edən, polisə səsini qaldıran adam az-az olar. Birincisi, bu, hörmətdən irəli gəlir. Hətta mafiyalar, qaranlıq güclər belə polisə silah tuşlamaz. Bunu filmlərdən, seriallardan da izləmişik. Türkiyə ənənəsində polis, prokuror, müstəntiq toxunulmazdı; çünki dövləti təmsil edirlər. İkincisi, Türkiyədə də polisə qarşı kobudluq vətəndaşa çox baha başa gələr.

Türkiyədən söz düşmüşkən. İllər öncə İstanbul hava limanında Azərbaycanın tanınan hüquqçularından biri polis zorakılığı ilə üzləşmişdi. Onu İstanbul polisi döyüb, sonra da həbs etmişdi. Özü də heç nəyin üstündə. Azərbaycan polisi Bakıda Türkiyə vətəndaşına belə kobudluq etməz heç vaxt. Etsə də qınanar. Bəlkə də rəhbərlik həmin polisi bu rəftarına görə işdən azad edər. 

***

Siyasi avantüristlərin eksperimentlərinə qarşı polisimizin dirənməsi isə bir başqa mövzudu. Ölkəni qarışdırmaq istəyən, Azərbaycanı xaraba qoymaq üçün fürsət axtaran qüvvələrə qarşı təkcə polisimiz səfərbər olmamalıdı. Bu xain planlara qarşı hər birimiz ayıq-sayıqlığı qorumalıyıq. Niyə? Ortada acı və dəhşətli təcrübələr, örnəklər var. Bu günlərdə dünya mediasında yayılan foto və videolara hər birimiz baxmışıq. Mənzərədən ürəyimiz ağrıyıb, vicdanımız sızlayıb.

96071405-3f92-49eb-9d31-c7ed8625cbb8.jpg (47 KB)

Suriyadan olan və Avropaya pənah aparmaq istəyən ailələrin körpə uşaqlarının dənizdə boğulmaq təhlükəsilə üzləşməsi, atalarının çarəsizlikdən ağlaması, soyuqdan donan övladlarına kömək edə bilməyən anaların hayqırtısı bizi bir daha düşünməyə vadar edir: vətənimizi bu cür aqibətdən qorumalıyıq!

87de8228-3bb0-4471-afb0-93095027d82a.jpg (63 KB)

Bizə bu aqibəti yaşatmaq istəyənlərə qarşı amansız, güzəştsiz mövqedə dayanmalıyıq! Suriyaya, Liviyaya, Misirə, Tunisə demokratiya adıyla soxulan qaragüruhun ağzından vurmalı, burnunu ovmalıyıq. Ölkəmizə demokratiya adıyla bədbəxtlik gətirmək istəyən qüvvələr və onların yerli əlaltıları qarşılarında Azərbaycan dövlətini görür. Dövlətin əsas vuran əlindən biri də polisdi. Bəzi dairələrin polisə qarşı kampaniyasının da mayasında bu xain planları həyata keçirmək istəyi dayanır. Onlara zəif, dişsiz dövlət lazımdı ki istədiklərini həyata keçirsinlər. Onlara cəsur və soyuqqanlı polis mane olur. Ona görə də qara PR aparıb dövlətin əsas sütunu olan Azərbaycan polisini gözdən salmağa çalışırlar. 

Biz Azərbaycan polisinin sərhəd bölgəsində vuruşan gördük. Vətən uğrunda sıralarından nə qədər şəhid verib polisimiz.

403a0768-1ae6-4a67-a4ec-c970c0c324e5.jpg (68 KB)

Biz yanan binalardan həyatlarını riskə ataraq körpələri xilas edən polislər gördük. Biz xəstə aparan maşını xəstəxanaya qədər müşayiət edib, həmin xəstəni həkimə çatdıran polislər gördük.

Və bu gün biz, Azərbaycanı parçalamaq üçün sıraya dayanıb məqam gözləyən yad güclərin xain planları qarşısına sinələrini sipər edən polislərimizi görürük. Var olsunlar. Var olsunlar ki, bu Vətən, bu ölkə, bu xalq yad qapılarda boynunu büküb zarımasın. Körpələrimiz soyuq sularda batıb ölməsin. Atalarımız ağlamasın, analarımız mələr qalmasın...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh