Traktorla qayda pozan sürücülər saxlanıldı - VİDEO

Qaydalar 6 Mart 2020 17:30 Oxunub 1356
Traktorla qayda pozan sürücülər saxlanıldı  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür hərəkətlər qanunla qadağandır

Kənd təsərrüfatı texnikaları və traktorları ilə yollarda qayda pozuntularının tez-tez şahidi oluruq. Nasaz traktorların iştirakı ilə dəfələrlə yol nəqliyyat hadisəsi baş verib. Lakin təəssüf edirk ki, bu cür texnikaları idarə edən sürücülər etdikləri hərəkətin məsuliyyətini anlamırlar. Avtosfer.az xəbər verir ki, Şəki-Zaqatala zonasında traktorla yol hərəkəti qaydasını pozan iki sürücünün görüntüsü redaksiyamızın elektron ünvanına göndərilib. Görüntülərdə əks olunan traktorun qoşqusunda daşınan yükün üzəri örtüklə bağlanılmayıb. Üstəlik, həmin traktora əlavə olaraq qeydiyyat nişanı olmayan qoşqu da qoşulub.

Digər videodakı traktorun sürücüsü isə qoşquda qanunsuz olaraq sərnişin daşıyıb. Bu hərəkət isə sərnişinlərin həyatı üçün çox təhlükəlidir. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xitmətlər Agentliyinin əməkdaşları həmin traktor sürücülərini dayandıraraq onlara öz hüquq və vəzifələri, o cümlədən etdikləri hərəkətin təhlükəli olduğu bildirilib.

Agentliyin əməkdaşları uzun müddət dövlət qeydiyyatından yayınan traktor və onun qoşqusunu idarə sürücünudə aşkar edərək barəsində müvafiq tədbir görüblər.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh