Yol polisi ölümlə üzləşən körpənin həyatını belə xilas etdi - VİDEO

Xəbərlər 6 Mart 2020 17:40 Oxunub 2875
Yol polisi ölümlə üzləşən körpənin həyatını belə xilas etdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaxt itirmədən körpəni xəstəxanaya çatdırmağı bacarıblar

Abşeron rayonunda YPX inspektorları səhhətində problem yaranan körpənin həyatını xilas etdilər. Avtosfer.az xəbər verir ki, nəfəs borusunda problem olan körpənin anidən halı pisləşərək boğulmağa başlayıb. Ailəsi körpəni xəstəxanaya çatdırmaq üçün şəxsi avttomobilləri ilə yola düşüblər. Yolda tıxac olduğu üçün ailə körpəni xəstəxanaya çatdırmaqda çətinlik çəkdiklərini görüb Masazır dairəsində Baş DYP İdarəsinin Ekoloji nəzarət bölüyünün 99 YP 682 dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə xidmət aparan YPX inspektorlarına yaxınlaşaraq vəziyyəti izah ediblər. İnspektorlar vaxt itirmədən ailəni xidməti avtomobilə əyləşdirərək körpəni xəstəxanaya çatdırmağa çalışıblar. Yol boyu sayrışan işıqlar və xüsusi səs siqnalından istifadə edən inspektorlar yolu açaraq vaxt itirmədən körpəni xəstəxanaya çatdırmağı bacarıblar. 

Ailə 99 YP 682 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan YPX inspektorlarına minnətdar olduqlarını bildirərək Azərbaycan polisinin vətəndaşa zaman itirmədən kömək etməsini, qeydinə qalmasını yüksək qiymətləndirib, belə hallarla qəlbləri fəth etdiklərini bildiriblər.
Həmin anların görüntülərini və ailə üzvlərindən birinin hadisə ilə bağlı səs yazısını sizlərə təqdim edirik:

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh