Nəhəng kran binaya düşdü- yaralananlar var – VİDEO

Qəzalar 1 İyun 2015 11:08 Oxunub 1590
Nəhəng kran binaya düşdü- yaralananlar var – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki fəhlə xəstəxanaya yerləşdirilib

ABŞ-ın Nyu-York şəhərində nəhəng qaldırıcı kran göydələnlərdən birinin üzərinə aşıb. Anspress-in "The Telegraph" qəzetinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən olmasa da, 10 nəfər yaralanıb. Şəhərin meri Bil de Blazionun sözlərinə görə yaralananlar əsasən piyadalardır. Onlar arasında ciddi xəsarət alan yoxdu. Kran işlədilən tikintidə 2 fəhlə xəstəxanaya yerləşdirilib. Bundan əlavə mer bildirib ki, “Allaha şükür olsun ki, insident ətrafda az adam olan vaxt baş verib”.

Polisin məlimatına əsasən səhər saat 10:50 radələrində qaldırıcı kran Madison Ave 261 ünvanındakı binanın damına havalandırma sistemi qaldırarkən, tros qırılıb və nəticədə kranın daşıdığı avadanlıqlar binanın üzərinə oradan da küçəyə düşüb.

Hadisədən sonra ətraf küçələr bir neçə saatlığa bağlanıb. Hökümət qüvvələri hadisənin baş vermə səbəblərinin araşdırıldığını deyirlər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh