Həm sərxoş, həmdə “prava”sız: 18 yaşlı sürücü yolda aləmi bir-birinə vurdu - VİDEO

Avtosfer TV 6 Mart 2020 20:00 Oxunub 1538
Həm sərxoş, həmdə “prava”sız: 18 yaşlı sürücü yolda aləmi bir-birinə vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ona nəqliyyat vasitəsini sərxoş və sürücülük vəsiqəsiz idarə etdiyi üçün inzibati protokol tərtib edilib

Rusiyanın İrkutsk əyalətində gənc sürücünün sərxoş vəziyyətdə törətdiyi qəzanın görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident Kirenski rayonunda qeydə alınıb.

Məlumata görə, 18 yaşlı sürücü idarə etdiyi “VAZ-21099” markalı avtomobillə, hərəkətdə olan zaman sükan idarəetməsini itirib və nəqliyyat vasitəsini əvvəlcə iki piyadaya, daha sonra isə park edilmiş üç maşına, ardınca da işıq dirəyinə çırpıb. Zərbənin təsirindən 29 yaşlı qadın piyada havada uçaraq avtomobillərin üzərinə düşüb.

Nəticədə qadın piyada müxtəlif dərəcəli bədənə xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Qəzadan sonra hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gəlib. Yoxlama zamanı sürücünün sərxoş və sürücülük vəsiqəsinin olmadığı müəyyən olunub.

Ona nəqliyyat vasitəsini sərxoş və sürücülük vəsiqəsiz idarə etdiyi üçün inzibati protokol tərtib edilib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh