Gələn həftədən Bakı-Riqa aviareysi açılır

Yeniliklər 1 İyun 2015 11:14 Oxunub 1219
Gələn həftədən Bakı-Riqa aviareysi açılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gediş-dönüş üçün aviabiletin qiyməti 378 manatdır

İyunun 8-dən etibarən “Airbaltic” aviaşirkəti (Latviya) Riqa-Bakı-Riqa marşrutu ilə birbaşa reyslərini açır. “Report”un "Azərbaycan Hava Yolları"ndan aldığı məlumata görə, Bakıdan ilk reys iyunun 8-də 04:20-də həyata keçiriləcək. Uçuşlar hələ ki, mövsümi xarakter daşıyır və hər həftənin bazar ertəsi günü reallaşdırılacaq. Biletlərin qiyməti tək gediş 226 manat, gediş-dönüş üçün isə 378 manatdır. Uçuşlar "Boing 737" layneri ilə həyata keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh