“Qırmızı”dan keçən avtobus 8 yaşlı qızı vurub üzərindən keçdi - VİDEO

Avtosfer TV 7 Mart 2020 10:56 Oxunub 1494
“Qırmızı”dan keçən avtobus 8 yaşlı qızı vurub üzərindən keçdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə balaca qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib

Qayda pozan sərnişin avtobusunun balaca qızı vurma görüntüləri təhlükəsizlik kameralarının obyektivinə düşüb. Avtosfer.az xəbər verir ki, insident martın 6-da Rusiyanın Krasnoyarsk şəhərinin Miçurin və Moskva küçələrinin kəsişməsində qeydə alınıb.

Kadrlarda, piyada keçidində bir qrup insan işıqforun onlar üçün yaşıl işığının yanmasını gözlədiyi görülür. Bir neçə saniyə sonra isə nəqliyyat vasitələrinin hərəkətini dayandıran qırmızı işıq yanır və ardınca 8 yaşlı qız qarşı yola keçməyə çalışır. Ancaq, bu arada “qırmızı”dan keçən “PAZ” markalı marşrut avtobusu balaca qızı vurur və hadisə yerindən təxminən 20 metr məsafəyə sürüyür.

Hələ bu da az imiş kimi o, avtobusu dayandırmayaraq məktəbli qızın üzərindən keçir.

Nəticədə balaca qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh