Avtosfer.az | Reklam
2020-ci ilin “Ümudünya avtomobili”: Namizədlər məlumdur - FOTO - VİDEO
Maraqlı 7 Mart 2020 11:30 582 dəfə oxunub
2020-ci ilin “Ümudünya avtomobili”: Namizədlər məlumdur - FOTO - VİDEO
Apreldə 2020-ci ilin Ümumdünya Avtomobil yarışmasının qalibləri açıqlanacaq

"Ümumdünya Avtomobil İli" yarışması tarixində ilk dəfə olaraq nominasiyalar üzrə üç yarımfinalçı Cenevrə avtosalonunda yox, internetdə elan edildi.

Avtosfer.az xəbər verir ki, Rusiyadan "Ümumdünya Avtomobil İli" yarışmasının beynəlxalq münsiflər heyətinin üzvü Vladimir Solovyov bildirir: Cenevrə avtosalonunun ləğvi səbəbində, koronavirusun yayılması təhlükəsi ilə bağlı, "Palexpo" sərgi kompleksində martın 5-nə təyin edilmiş təntənəli mərasim pozuldu və yarışın yarımfinalının nəticələri internet vasitəsi ilə rəsmi elan edildi.

Beləliklə, ilin ən yaxşı avtomobilləri adı uğrunda mübarizə aparacaq modelləri sizə təqdim edirik.

Ən yaxşı dizayn üğründa mübarizə aparanlar: Avropalı jurnalistlər tərəfindən 2020-ci ilin ən yaxşı avtomobili seçilən Mazda 3, Peugeot 208 və Porsche Taycan.

Premium sinifində, Dizayn nominasiyasında artıq qeyd olunan Porsche 911, elektrikli krossover Mercedes-Benz EQC və Porsche Taycan taca iddia edir.

"İdman avtomobilləri" nominasiyasında artıq qalibi elan edə bilərsiniz - bu Porsche markasıdır. Üç modelindən hansının: 718 Spyder GT4, Porsche 911 və ya Taycan - ilk olacağını öyrənmək qalır.

Şəhər avtomobilləri arasında Volkswagen T-Cross mini-krossover və iki elektrikli maşın olan Kia Soul EV və Mini Elektrik yarımfinala yüksəldi.

Nəhayət, "İlin Ümumdünya Avtomobili" nominasiyasında Mazda 3 və Mazda CX-30 modellərinin ən yaxşı dizaynına iddiaçı olan Kia Telluride titulu uğrunda mübarizə aparacaqlar.

Ən yaxşı avtomobilləri Rusiya da daxil olmaqla 25 ölkənin avtomobil jurnalistləri seçdiklərini əlavə etmək qalır. Apreldə "New York Auto Show"-da 2020-ci ilin Ümumdünya Avtomobil (WCOTY) yarışmasının qalibləri açıqlanacaq.

Nazim Nadiroğlu

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh