1988-ci ilin “24”nü 1 milyona satışa çıxardılar - FOTO

Avtoxəbər 7 Mart 2020 17:13 Oxunub 2001
1988-ci ilin “24”nü 1 milyona satışa çıxardılar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil cəmi 1638 kilometr sürülüb

Rusiyada avtomobil satış portalında 1988-ci ildə istehsaldan çıxmış “Volqa” “QAZ-2410” markalı avtomobili 1 milyon rubla (25,100 AZN) satışa çıxarıblar. Avtosfer.az xəbər verir ki, avtomobil cəmi 1638 kilometr sürülüb. Çelyabinskdən olan satıcı deyir ki, sedan 32 ildir qarajda saxlanılır.

Maşın 2.4 litrlik benzin mühərriklə təchiz edilib, qurğunun gücü 100 at gücünə bərabərdir. Motor dörd pilləli mexaniki sürət qutusu ilə birlikdə işləyir.

Sahibinin sözlərinə görə, maşın zavoddan necə çıxıbsa elə də qalıb. Heç bir detalı dəyişdirilməyib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh