Sabiq DYP rəisinin oğluna yeni vəzifə verildi - Vilayət Eyvazovdan əmr - FOTO

Yol polisi 7 Mart 2020 18:00 Oxunub 9410
 Sabiq DYP rəisinin oğluna yeni vəzifə verildi             - Vilayət Eyvazovdan əmr - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vüsal Qələndərov Abşeron DYP-yə baş inspektor təyin edilib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Vüsal Qələndərov Abşeron Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin İnzibati Təcrübə üzrə baş inspektoru vəzifəsinə təyin edilib.

Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti faktı təsdiqləyib.

Vüsal Qələndərov bu vəzifəyə qədər Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Axtarış şöbəsinin əməkdaşı olub. 

Qeyd edək ki, Vüsal Qələndərov peşakar idmançıdır. Müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil edərək 3 qızıl medal qazanıb. 
İki ali təhsilini qırmızı diplomla bitirən V.Qələndərov Azərbaycan kempo yığma komandasının üzvüdür. O, ötən il həmin döyüş növü üzrə dünya ikincisi olub.

Xatırladaq ki, bundan əvvəl həmin vəzifədə çalışan polis mayoru Qara Abdullayev nazirin müvafiq əmri ilə Nəsimi Rayon DYP Şöbəsinə rəis təyin olunub.

Qeyd edək ki, V.Qələndərov daha əvvəl Nəsimi Rayon DYP Şöbəsinin rəisi  vəzifəsindən yaşa görə azad edilən polkovnik-leytenant Qəhrəman Qələndərovun oğludur.

Gültən Qədirli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Ferid 7 Mart 2020 20:17
Vusal da zoğlanda atasi da. Çox mədəni insanlari hər ikisi. Uğurlar igid