Sürücünün maşın sürməyi xoşuna gəlmədi: onu tapança ilə vurdu - VİDEO

Avtosfer TV 9 Mart 2020 16:04 Oxunub 2263
Sürücünün maşın sürməyi xoşuna gəlmədi: onu tapança ilə vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis müraciət və görüntülər əsasında araşdırmalara başlayıb

Rusiyanın Voronej şəhərində sürücü travmatik tapança ilə həmkarını yaralayıb. Avtosfer.az xəbər verir ki, insidentin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kadrlarda, dar yolda iki nəqliyyat vasitəsinin hərəkət etdiyi və avtomobillərdən biri kənara çəkilərək dayandığı görülür. Bundan sonra “Volkswagen Touareg” krossoveri də “Lada” markalı avtomobilin yanında dayanır. Ardınca da “Volkswagen”in sürücüsü ön yan şüşədən tapançanı çıxararaq həmkarına atəş açır və hadisə yerindən uzaqlaşır.

Nəticədə “Lada”nın 57 yaşlı sürücüsü ayağından xəsarət alıb. O, daha sonra hüquq-mühafizə orqanına şikayətlə müraciət edib.

İlkin ehtimala görə, insident park etmə səbəbindən baş verib. Zərərçəkən isə hesab edir ki, onun sürməyi “Volkswagen”in sürücüsünün xoşuna gəlməyib.

Polis müraciət və görüntülər əsasında araşdırmalara başlayıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh