Bakının bu qəsəbəsinin yolları problemlərə qərq olub - VİDEO

Xəbərlər 9 Mart 2020 20:15 Oxunub 2191
Bakının bu qəsəbəsinin yolları problemlərə qərq olub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəsəbə sakinlərinin problemləri bununla da bitmir

Xəzər rayonu, Şağan qəsəbəsi Yeni Bağlar adlanan massivin yalnız adı yenidir, desək, yanılmarıq.

Palçığa qərq olmuş küçələr, istifadəyə yararsız kanalizasiya sistemi bu massivin köhnə problemləridir. Avtosfer.az xəbər verir ki, bir neçə yerdən  aşıb-daşan çirkab suları küçəni cənginə alıb. Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyəti orqanlara bu barədə məlumat versələr də, onların müraciəti ilə maraqlanan olmayıb.

Qəsəbə sakinlərinin problemləri bununla da bitmir. Qəsəbədə içməli su xətti də mövcud deyil.

Qəsəbənin bələdiyyə nümayəndəsi Faiq Cəbrayılov problemin qısa müddətdə həll olunacağını bildirir. Onun sözlərinə görə, işləri Novruz bayramına qədər yekunlaşdıracaqlar.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh