Bakıda nəqliyyat işçiləri gücləndirilmiş iş rejiminə keçdilər – FOTO

Qaydalar 1 İyun 2015 13:23 Oxunub 2055
Bakıda nəqliyyat işçiləri gücləndirilmiş iş rejiminə keçdilər  – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avropa Oyunları ilə əlaqədar

Azərbaycan Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib.

Avtosfer.az xəbər verir ki, bu barədə Qurumdan oxu.az-a verilən məlumata əsasən, bu gün MMC-də şəxsi heyətə sıra baxışı keçirilib.

Baxışda “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin rəhbərliyi və 351 əməkdaşı iştirak edib.

Bundan başqa, nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün yeni alınmış 56 ədəd “Reno” markalı mobil nəqliyyat vasitəsi və 1 ədəd evakuatora da baxış keçirilib.

“Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC fəaliyyətinin operativliyini təşkil etmək üçün iyunun 1-dən 24 saatlıq iş qrafikinə keçib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh