Avtomobili piyadaların üzərinə sürdü: Xırdalandan şikayət - 99 LF 258

Qaydalar 10 Mart 2020 13:30 Oxunub 1746
Avtomobili piyadaların üzərinə sürdü:  Xırdalandan şikayət - 99 LF 258
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü 7 bal 160 manatlıq qayda pozub

Avtomobili piyadaların üzərinə sürən sürücünün görüntüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, martın 3-ü Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində hərəkət edən 99-LF-258 qeydiyyat nişanlı "Vaz 21015" markalı avtomobilin sürücüsü 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətə çıxıb. O, daha sonra yolun hərəkət hissəsini keçən piyadaların üzərinə sürərək qırmızı işıqda Heydər Əliyev prospektinə daxil olub. 

Bu yolayrıcında hər gün eyni mənzərə ilə rastlaşmaq olar. Çox təəssüf ki, Abşeron Rayon DYP şöbəsinin əməkdaşları həmin sürücülərə qarşı tədbir görmür. Ərazidə təhlükəsiz şəhər kamerası da var, lakin həmin kamera ilə heç bir sürücü məsuliyyətə cəlb olunmur. Ona görə də sürücülər bu cür özbaşınalıq edərək hərəkət iştirakçılarına təhlükə yaradır.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh