Bu sürücü ancaq "protiv" sürür: DYP hara baxır? - VİDEO

Qaydalar 10 Mart 2020 15:10 Oxunub 1852
Bu sürücü ancaq "protiv" sürür:  DYP hara baxır? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əks istiqamətə çıxaraq svetoforun qırmızı işığında hərəkət edir

Xırdalanda mütəmadi qayda pozan taksi sürücüsü yenə Avtosfer.az-ın kamerasına düşüb. Belə ki, martın 8-i Xırdalan şəhəri Mehdi Hüseynzadə küçəsində 1.3 qoşa xəttin tələbini pozaraq əks istiqamətdə axına qarşı hərəkət edib. O, qarşıdan gələn sürücülərə və piyadalara təhlükə yaradıb.

Bu sürücü bir müddət əvvəl (fevralın 29-u) eyni küçədə əks istiqamətə çıxaraq svetoforun qırmızı işığında keçərkən kameramıza düşmüşdü. Həmin qayda pozuntusunu da saytda dərc etmişdik. Görünür ki, sürücü qaydalar riayət etmək istəmir. Bu cür sürücülərə qarşı sərt addımlar atılmalıdır.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh