Bakının mərkəzində kanalizasiya yola axıdılır: "Azərsu" hara baxır? - VİDEO

Xəbərlər 10 Mart 2020 16:15 Oxunub 3206
Bakının mərkəzində kanalizasiya yola axıdılır:  "Azərsu" hara baxır? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yola çirkab sularının axıdılması qadağandır

Paytaxtın Səbail rayonunda yaşayan sakinlər yola axıdılan çirkab suları ilə bağlı redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, Salyan şossesində (20-ci sahəyə gedən yolda - Səbail rayon DYP Şöbəsinin qarşısından Jurnalistlər binasınadək) sakinlər hər gün eyni mənzərə ilə üzləşir. Belə ki, adıçəkilən yolda kanalizasiya və digər çirkab suları yolun hərəkət hissəsinə axıdılır. Bu isə həmin yoldan istifadə edən piyadaların və sürücülərin narahatlığına səbəb olur. Sürücülər qeyd edir ki, avtomobillərini yuduzdurub həmin yoldan istifadə edən kimi yenə də çirklənir. Piyadalar isə yolu çirkab sularının içi ilə keçməyə məcbur olurlar. Bu isə gigiyenik qaydalara da ziddir.

Su təhcizatı və tullantı suları haqqında qanunun 34-cü maddəsinin 1-ci hissəsinin s) bölməsində Azərsu ASC-nin öhdəlyinə düşən məsələlərdən biri də, "kanalizasiya sistemlərindən ətraf mühitə tullantı sularının sızmasını aradan qaldırmaq və əvvəlcədən qarşısını almaq üçün tədbirlərin görülməsi" düşür. Lakin görünən mənzərədən aydın olur ki, Azərsu ASC üçün bu qanunun tələbləri keçərli deyil. 

İnzibati Xətalar Məcəlləsinin 352.0.10-cu maddəsində "suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılmasına, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsinə" görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Müxtəlif tarixlərdə çəkilən videogörüntüləri sizə təqdim edirik.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh