Bu yolda nişanın olmaması sürücüləri çaşdırır - VİDEO

Qaydalar 12 Mart 2020 23:57 Oxunub 2417
Bu yolda nişanın olmaması sürücüləri çaşdırır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
80 nişanı ya çıxarılmalı, ya da təkrarlanmalıdır

Paytaxtda sürəti bildirən yol nişanının olmaması sürücüləri çaşdırır. Avtosfer.az xəbər verir ki, Moskva prospektindən üzü Sumqayıt istiqamətinə gedən yolda körpünün başlanğıcına sürət məhdudiyyətini bildirən 80 nişanı qoyulub. Lakin bu nişan 20 yanvar dairəsindən gəlib həmin yola qoşulan nəqliyyat vasitələri üçün quraşdırılmayıb. Həmin yolayrıcından sonra sürücülərin yarısı 80-lə, yarısı isə 60-la hərəkət edir. Bu isə sürücülər arasında çaşqınlıq yaradır. Bu çaşqınlığı yaratmamaq üçün ya 80 nişanı körpünün girişindən çıxarılmalı, ya da qeyd etdiyimiz birləşmədə nişan təkraralanmalıdır. 

Yol hərəkəti təhlükəsizliyini təmin etmək üçün həmin 80 nişanı oradan çıxarılsa daha məqsədəuyğun hesab olunar. Çünki tunel təhlükəli yol sahəsi olduğu üçün sürət həddi aşağı endirilməlidir. Beynəlxalq təcrübədə də tunelə və digər bu kimi təhlükəli yol sahələrinin girişində sürət həddi aşağı endirilir.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh