Avtosfer.az | Reklam
Həyatını təhlükəyə atan piyadalar - Onlar niyə keçiddən istifadə etmirlər? - VİDEO
Yazarlar 10 Mart 2020 19:15 282 dəfə oxunub
Həyatını təhlükəyə atan piyadalar - Onlar niyə keçiddən istifadə etmirlər?  - VİDEO
Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

Bakıda yerüstü piyada keçidindən istifadə etməyən qadını avtomobil vuraraq öldürüb. Hadisə Xətai rayonu, Nobel prospektində baş verib. Əraziyə təcili tibbi yardım briqadası gəlsə də, paytaxt sakini Rübabə Bağırovanın həyatını xilas etmək mümkün olmayıb.

Bu hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Ərazidə çəkiliş apardığımız zaman məlum oldu ki, piyadaların əskəriyyəti yerüstü keçiddən yox, həyatlarını təhlükəyə ataraq yolun hərəkət hissəsindən keçirlər. Odur ki, bu yolda hər an piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi təkrarlana bilər.

Bəs bu cür hallarda qəza baş verdiyi zaman sürücü məsuliyyətə cəlb olunmalıdırmı?

Sualı cavablandıran yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib ki, onlar üçün ayrılan yerlərdən keçməyən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verərsə, bu zaman sürücünün günahının olub-olmaması ciddi araşdırılmalıdır.

Avtosfer.az-ın məlumatına görə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə ''Xəzər Xəbər''ə şifahi olaraq bildirib ki, 24 min 658 şəxs piyada keçidindən istifadə etmədiyinə görə cərimə edilib.

Gültən Qədirli

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh