Prospektə "avtoş"lar qəzaya səbəb oldular: ana və qız xəsarət aldı - VİDEO

Avtosfer TV 11 Mart 2020 15:15 Oxunub 1243
Prospektə "avtoş"lar qəzaya səbəb oldular: ana və qız xəsarət aldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəticədə 47 yaşlı qadın və 16 yaşlı qız xəstəxanaya çatdırılıblar

Kareliya Respublikasında sürücülərin avtomobil yarışması iki piyadanın xəsarət alması ilə nəticələnib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam saatlarında Petrozavodsk şəhərinin prospektlərinin birində qeydə alınıb. Hadisənin görüntüləri təhlükəsizlik kameralarının obyektivinə düşüb.

Kadrlarda, iki nəqliyyat vasitəsinin prospektə yüksək sürətlə irəlilədikləri və bu arada onlardan biri digərinə dəyərək yoldan çıxdığı görülür. Bundan sonra avtomobil səkidəki ana və qızı vurur. Zərbənin təsirindən piyadalardan biri metrlərlə sürüklənir, digərinin isə ayaqları yerdən üzülərək sərt döşəmə daşlarına çırpılır.

Nəticədə 47 yaşlı qadın və 16 yaşlı qız xəstəxanaya çatdırılıblar. 

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh