Avtosfer.az | Reklam
Beynəlxalq Bank müştərinin əmək haqqını "oğurlayır"?- Şikayət
Oxucu məktubları 11 Mart 2020 16:30 1986 dəfə oxunub
Beynəlxalq Bank müştərinin əmək haqqını  "oğurlayır"?- Şikayət
Borc müqaviləsi bağlanıb, lakin əmək haqqından pul tutulur

Azərbaycan Respublikası Beynəlxalq Bankıının qanunsuzluğundan daha bir müştəri Avtosfer.az-a şikayətini bildirib. Müştəri Ceyhun Muradov bildirir ki, onun banka borcu olduğu üçün bank onu məhkəməyə vermişdi. Məhkəmənin qərarı ilə borcun tutulması müştərinin əmək haqqına yönləndirilib. Bir müddət sonra müştəri borcu tam ödəyərək müqaviləyə xitam verilib. Borcun tam ödənilməsinə baxmayaraq Beynəlxalq Bank hələ də müştərinin əmək haqqından pul tutur. Redaksiyamıza şikayətini bildirən müştəri qeyd edir ki, hər dəfə pul tutulandan sonra banka yaxınlaşaraq yönləndirmənin dayandırılmasını tələb edir. Bankın əməkdaşları da hər dəfə yanlışlıq olduğunu qeyd edərək müştərinin pulunu geri qaytarır və bir daha belə hal baş verməyəcəyini bildirir. Çox təəssüf edirik ki, bu hal yenə də təkraralanmaqda davam edir.

Ümid edirik ki, Beynəlxalq Bankın rəhbərliyi məsələnin ciddi araşdırlıb tədbir görülməsi ilə bağlı göstəriş verəcək.

 

Fərid

ŞƏRH YAZ
Ad
E-mail
Şərh