SSRİ-də avtomobillər indiki pul məzənnəsi ilə müqayisədə neçəyə başa gəlirdi?

Avtodünya 11 Mart 2020 23:35 Oxunub 2416
SSRİ-də avtomobillər indiki pul məzənnəsi ilə müqayisədə neçəyə başa gəlirdi?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O vaxtın "Jiquli"si indiki "Hyundai Solaris" və ya "Skoda Octavia" ilə eyni qiymətə olardı

Uzun müddət SSRİ-də avtomobil lüks məhsul hesab olunurdu. Hər bir vətəndaş avtomobil ala bilmirdi. Avtosfer.az xəbər verir ki, təxminən 10 il növbədə durmaq ehtiyacı da daxil olmaqla bir çox səbəb var idi. Lakin bundan da vacib məsələ pul idi. Bəs gəlin görək, SSRİ-də avtomobillər müasir dövrlə mübadilə məzənnələrini, eyni zamanda maaşları nəzərə alaraq sovet rublunu indiki məzənnəyə çevirsək neçəyə başa gələrdi? Hesablamalara görə, VAZ-2101 "Jiquli"nin qiyməti müasir pul ilə təxminən 29 600 AZN olacaqdı ki, bu da "şişirdilmiş" Hyundai Solaris və ya Skoda Octavia əsaslı qiymətinə uyğundur.

ZAZ-966 üçün təxminən 15 754 AZN, Moskviç-412 üçün isə 25 865 AZN istəyəcəkdilər.

QAZ-21 "Volqa"nın qiyməti 44 675 AZN, UAZ-469 isə 36 798 AZN təşkil edərdi. "Niva" VAZ-2121 üçün 44 675 AZN, QAZ-24-02 universalı üçün isə 63 015 AZN ödəməli olacaqdı.

Natiq Nazimoğlu

Avto Klub Azərbaycan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh