Bakıda ana və uşağı maşın belə vurdu: insanlar yola axışdı - ŞOK VİDEO

Avtosfer TV 12 Mart 2020 10:05 Oxunub 2428
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər ikisi hadisə yerində həyatını itirib

Bakıda yay aylarında baş vermiş piyadavurma hadisəsinin görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, piyadalar üçün nəzərdə tutulmayan ərazidən keçən ana və uşağı "VAZ 2107" markalı avtomobil vurur. Maraqlıdır ki, həmin vaxt yolun ortasında digər bir ana uşağın əlindən tutaraq dayanıb. Həmçinin piyadalar kütləvi şəkildə yolu avtomobillərin arasından keçirlər. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, təəssüf ki, bu cür acı hadisələr paytaxt küçələrində tez-tez baş verir. "Burada piyada məsuliyyətsizliyi, sürücü diqqətsizliyi böyük rol oynayır. Amma xüsusilə azyaşlı uşaqlarla birlikdə yolu bu cür keçmək olmaz. Dəfələrlə xəbərdarlıq, maaifləndirmə aparılsa da insanlar hələ ki, qaydalara riayət etmək istəmir. Görünür daha ciddi tədbirlərə ehtiyac var. Bir daha atalara, analara səsələnərək bildirirəm ki, özlərinin övladlarının həyatını təhlükəyə atmasınlar. hətta bir kilometr artıq məsafə qət etmək belə sizin həyatınızdan dəyərli deyil."

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh