Vilayət Eyvazov rəisi işdən çıxardı

Yol polisi 12 Mart 2020 10:40 Oxunub 3484
Vilayət Eyvazov rəisi işdən çıxardı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sultan Zeynalov vəzifəsindən azad olunaraq, DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub. Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt Polis Bölməsinin rəisi, polkovnik-leytenant Surxay Cəfərov vəzifəsindən azad olunub.

Xatırladaq ki, bir müddət əvvəl Kürdəmir RPŞ-nin rəisi Sultan Zeynalov vəzifəsindən azad olunaraq, DİN-in Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə gətirilmişdi.

Əmrə əsasən, polkovnik-leytenant Surxay Cəfərov DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsinə rəis vəzifəsinə gətirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh