Sürücü körpə uşağı ölümə belə aparır-99 PD 540 - VİDEO

Qaydalar 12 Mart 2020 15:40 Oxunub 1479
Sürücü körpə uşağı  ölümə belə aparır-99 PD 540 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü və sərnişinlər buna zarafat kimi yanaşmamalıdır

Sərnişin daşıma qaydasını kobud şəkildə pozan sürücünün görüntüsü digər avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 99-PD-540 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü ön oturacaqda uşaq qucağında olan sərnişini daşıyaraq qaydaları pozub. Qanunvericilikdə qeyd olunub ki,  nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda sərnişin daşınması qadağandır. Ön oturacaqda yalnız 1 nəfər aparıla bilər. Qucaqda uşağın aparılması qanunvericiliyə zidd olmasından əlavə həm də olduqca təhlükəlidir. Görüntüdən də aydın şəkildə görünür ki, sərnişin təhlükəsizlik kəmərini taxmayıb. Bu cür hallarda yol nəqliyyat hadisəsi baş verərsə uşağın xəsarət alması və hətda ölməsi qaçılmaz olacaq. Ona görə də sürücü və sərnişinlər buna zarafat kimi yanaşmamalıdır. Övladının ömür boyu şikəst yaşamasını görmək istəməyən valideynlər bu hərəkətdən yayınmalıdırlar.

Sürücü etdiyi əmələ görə 3 bal 60 manat məbləğində cərimə oluna bilər.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh