"Formula 1": "McLaren" Avstraliya Qran-prisindən imtina etdi

Yarışma 12 Mart 2020 16:30 Oxunub 1303
"Formula 1": "McLaren" Avstraliya Qran-prisindən imtina etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avstraliya Qran-prisi 13 - 15 martda keçirilməlidir

Böyük Britaniyanın "McLaren" komandası "Formula 1" üzrə Avstraliya Qran-prisindən imtina edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, buna komandanın əməkdaşlarından birində koronavirus infeksiyasının aşkarlanması səbəb olub. Artıq "McLaren" özü də rəsmi açıqlama verərək məlumatı təsdiqləyib və həmin şəxsin karantinə alındığını bildirib. Bu qərarın "Formula 1"in digər iştirakçılarının və azarkeşlərin təhlükəsizliyi, həmçinin sponsorların maraqları nəzərə alınaraq qəbul olunduğu vurğulanıb. Daha əvvəl isə ABŞ-ın "Haas" komandasının iki əməkdaşının koronavirus testi müsbət nəticə verib.

Qeyd edək ki, Avstraliya Qran-prisi 13 - 15 martda keçirilməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh