Qan çəni partladı: küçələr qana boyandı - VİDEO

Avtosfer TV 12 Mart 2020 17:30 Oxunub 1280
Qan çəni partladı: küçələr qana boyandı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təxminən 500 min litr qan ətrafa dağıldı

Argentinada sallaqxanada kəsilən heyvanların qanının yığıldığı çənin partlaması nəticəsində ərazidə yerləşən bir neçə küçə qana boyanıb. Avtosfer.az xəbər verir ki, insident Moreno şəhərində baş verib. Bu barədə “24con.com” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, ətrafa dağılmış bioloji tullantıların həcmi təxminən 500 min litrdir.

Bildirilir ki, qan tez quruduğundan bir neçə yanğınsöndürmə briqadası onu yuyub təmizləmək üçün çox işləməli olub.   

Bununla yanaşı yerli sakinlər, balaca küçələrdə təmizlik işləri praktiki olaraq aparılmadığını bildirərək şikayət ediblər.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh