Bakıda sürətlə gedən "BMW" 3 avtomobili belə vurub əzdi - VİDEO - FOTO

Qaydalar 12 Mart 2020 17:51 Oxunub 4439
Bakıda sürətlə gedən "BMW" 3 avtomobili belə vurub əzdi - VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyadaya yol vermək üçün dayanan maşınlar qəzaya düşüb

Bakının Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində piyadaya yol vermək üçün dayanan maşınlar qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, 90 CH 500 dövlət nömrə nişanli avtomobil piyada keçidinin qarşısında dayanıb. Bu zaman arxadan gələn 90 AF 556 dövlət nömrə nişanlı, qara rəngli "BMW" markalı avtomobil də piyadaya görə dayanıb. Düzgün ara məsafəsi saxlamayan və sürətlə hərəkət edən digər "BMW" markalı, 99 TC 328 dövlət nörmə nişanlı avtomobil onlara çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, "BMW" - lərin ikisinə ciddi ziyan dəyib. "Mercedes"-in sadəcə arxa spolleri qopub. Qarşıda dayanan daha bir avtomobilə də ziyan dəyib.

Hadisəyə səbəb ara məsafəsinin düzgün seçilməməsidir.

Avtosfer.az görüntüləri təqdim edir:

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh