Qadını bankın qarşısında döyüb qarət etdilər - VİDEO

Avtosfer TV 12 Mart 2020 20:40 Oxunub 1876
Qadını bankın qarşısında döyüb qarət etdilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayətkarlardan biri saxlanılıb, ikincisi isə axtarılır

Rusiyanın Leninqrad əyalətində polis bankın qarşısında qadını döyərək qarət edən şəxslərdən birini saxlayıb. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisənin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Kadrlarda qadının pilləkənlərdən çıxaraq bankın qapısını açdığı və qəfildən arxadan bir nəfərin onun paltosunun kapuşonundan btutaraq geriyə çəkdiyi görülür. Bundan sonra onu yumruqlamağa başlayır. Ardınca qadının çantasını güclə dartaraq əlindən alır və gəldiyi həmkarı ilə hadisə yerindən qaçırlar.

Qadının sözlərinə görə, qarətçilər onun bank kartlarını, mobil telefonunu və işlədiyi mağazaya aid 180 min rublu aparıblar.

Bildirilir ki, cinayətkarlardan biri hazırda saxlanılıb, ikincisi isə axtarılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh