“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi növbəti dəfə dezinfeksiya edilib - VİDEO

Avtosfer TV 13 Mart 2020 12:35 Oxunub 1050
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əksepidemik tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək

Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda əksepidemik tədbirlər davam etdirilir.

Avtosfer.az xəbər verir ki, bu çərçivədə gün ərzində 270 min nəfərə yaxın sərnişinin istifadə etdiyi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi növbəti dəfə dezinfeksiya olunub. Sərnişinlərin rahatlığı nəzərə alınaraq işlər gecə saatlarında keçirilib. Perronlar, gözləmə zalları, sərnişinlərin birbaşa təmasda olduğu qurğu və avadanlıqlar dezinfeksiya edilib. Eyni zamanda, park ərazisi, oturacaqlar da dezinfeksiya edilib. Sərnişinlərin, sürücülərin və burda çalışan digər personalın əllərini tez-tez dezinfeksiya edə bilməsi üçün gözləmə zallarında xüsusi məhlullar da qoyulub.

Məlumat üçün bildirək ki, əvvəllər mərkəzdə müvafiq tədbirlər həftədə 1 dəfə həyata keçirilirdi.

Gecə boyu Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən bütün avtobuslarda da (ümumilikdə 2 100 ədəd) dezinfeksiya tədbirləri həyata keçirilib.

İstehsalat bazasında həyata keçirilən dezinfeksiya işləri ilə yanaşı, dərman preparatlarının təsiri nəzərə alınmaqla avtobuslar gün ərzində son dayanacaq məntəqələrində də təmizlənir.

Taksi ilə daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər (20 şirkət üzrə) tərəfindən 2 462 ədəd nəqliyyat vasitəsində dezinfeksiya işləri aparılıb.

Bununla yanaşı, sərnişinlərə ictimai nəqliyyatdan istifadə edərkən özlərini və başqalarını xəstələnməkdən qorumaq baxımından vacib olan qaydalara əməl etmələrini xahiş edilir. ÜST və TƏBİB tövsiyələri əsasında hazırlanan təlimatla Bakı Nəqliyyat Agentliyinin sosial şəbəkələrdəki rəsmi hesablarında, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində və müntəzəm marşrut avtobuslarında tanış olmaq mümkündür.

Əksepidemik tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh