Maşın bazarı koronavirusa görə bağlana bilər ? - EKSPERT AÇIQLAYIR

Avtobazar 13 Mart 2020 15:07 Oxunub 2101
Maşın bazarı koronavirusa görə bağlana bilər ? - EKSPERT AÇIQLAYIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobilləri bazara aparmazdan əvvəl dezinfeksiya etmək lazımdır

Koronavirus təhlükəsi dünya avtomobil bazarına da təsirsiz ötüşmür. Fins.az xəbər verir ki, ictimai yerlərə çıxmağa çəkinən insanlar həm avtomobil sürməkdən, həm də avtomobillərini açıq bazara çıxarmaqdan çəkinirlər. Bu da qiymət faktorunda özünü göstərə bilər.

Artıq aprel ayında Rusiyada avtomobillərin 15-20% bahalaşacağı proqnozlaşdırılır. Səbəb isə rublun və neftin qiymətinin aşağı düşməsidir.

Mövzu ilə əlaqədar avtomobil eksperti Elməddin Muradlı ilə həmsöhbət olduq.

E.Muradlı deyir ki, ölkəmizdə avtomobil satışı adətən internet üzərindən həyata keçirildiyi üçün xəstəlik qorxusu satışa mane ola bilməyib: “Koronavirusa görə xaricdən, əsasən də Çindən gələn avtomobillərin qarşısı demək olar ki alınıb. Həmçinin Gürcüstandan gələn maşınların sayı da demək olar sıfıra enib. Ona görə də daxili bazarda satışa çıxarılanlar daha əvvəl, 3-4 ay əvvəl ölkəyə gətirilib satıla bilməyən maşınlardır. Bu da öz növbəsində maşın bazarında durğunluğa və təbii olaraq qiymətlərin bahalaşmasına səbəb olub”.

E.Muradlı satışa çıxarılan avtomobillərin bazara aparılmazdan əvvəl dezinfeksiya olunmasını tövsiyə edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh