Çağırışa gedən təcili yardım maşını qəzaya düşdü: Yaralılar var - VİDEO

Qaydalar 13 Mart 2020 17:30 Oxunub 3159
Çağırışa gedən təcili yardım maşını qəzaya düşdü: Yaralılar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“VAZ-21064” markalı minik avtomobili ilə “UAZ” markalı avtomobil toqquşub

Zaqatalada çağırışa gedən təcili tibbi yardım maşını qəzaya düşüb. Hadisə bu gün Zaqatala-Muxax-Yuxarı Çardaxlar avtomobil yolunun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Muxax kənd sakini Qurban Mahmudovun idarə etdiyi “VAZ-21064” markalı minik avtomobili ilə çağırış yerinə gedən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinin “UAZ” markalı avtomobili toqquşub.

Qəza nəticəsində “VAZ-21064” markalı avtomobilin sürücüsü Qurban Mahmudov və təcili tibbi yardım avtomobilində olan tibb bacısı Şəlalə Məmmədova xəsarət alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Xəstəxanadan APA-ya bildirilib ki, yaralıların müayinəsi aparılır, vəziyyətləri orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Arzu 13 Mart 2020 18:05
99NU872 nömrəli maşının sahibi Əyyubzade Fəxriyyə İbrahimƏjder qizidir onun telefon nömrəsi ni mənə deyerdiz zehmet deyilse çox xahiş edirəm