Arılar maşını şan-şan etdi - VİDEO

Maraqlı 2 İyun 2015 12:36 Oxunub 1571
Arılar maşını şan-şan etdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobili ofisin qarşısında saxladı, geri qayıdanda gözlərinə inanmadı

Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, Polşanın Jeçinek şəhərində baş verən qəribə olay ölkədə rezonans yaradıb. Yolda kifayət qədər çox avtomobil olsa da, yalnız bir maşın arıların hücumuna məruz qalıb. Minlərlə arı qısa zamanda avtomobilin ön hissəsini arı şanı kimi bürüyüb.

Yaşayış məskənində bu qədər arının hardan peyda olduğu, həmin arıların niyə məhz bu avtomobilə tamah saldığı hamıya qaranlıq qalıb. Avtomobili arılardan təmizləmək üçün əraziyə yansğınsöndürmə dəstəsi cəlb olunub. Həşəratları qutulara yığan yanğınsöndürənlər onları şəhərdən uzaqlaşdıraraq sakinləri də arıların sürpriz hücumundan sığortalayıb.

Arıların hücumuna məruz qalan avtomobilin yerli təhlükəsizlik xidməti şirkətlərindən birinə məxsus olduğu açıqlanıb. O ki qaldı bu qəribə hadisənin səbəbinə, yerli mediyanın məlumatına görə böyük ehtimalla  hadisəyə məhz ana arı səbəb olub. Yuvanın yerini səhv salan ana arı uçaraq bir avtomobilə qonub, qalan minlərlə işçi arı isə hər zaman olduğu kimi ana arını izləyib.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh