Öncə qəza, sonra isə dava etdilər - VİDEO

Avtosfer TV 15 Mart 2020 16:29 Oxunub 2168
Öncə qəza, sonra isə dava etdilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə Şimali Marmara şosesinin Ədirnə istiqamətində qeydə alınıb

Türkiyənin İstanbul şəhərində iki avtomobilin iştirakı ilə baş verən yol qəzasından sonra tərəflər arasında dava düşüb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, insident ötən gün Şimali Marmara şosesinin Ədirnə istiqamətində qeydə alınıb.

İddiaya görə, eyni yolda hərəkətdə olan iki minik avtomobili arasında qəza yaşanıb. Hadisə nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Bundan sonra avtomobillərdə olan 5 nəfər maşınlardan enərək dalaşmağa başlayıblar.

Hadisə bir sürücü tərəfindən mobil telefon vasitəsi ilə görüntülənib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh