Sərxoş polislər prezidentin kortejini atəşə tutdu

Maraqlı 2 İyun 2015 13:04 Oxunub 5690
Sərxoş polislər prezidentin kortejini atəşə tutdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə zamanı xidmətdə olmayan polislər mülki geyimdə imişlər

İçkili vəziyyətdə olan iki polis əməkdaşı Boliviya prezidenti Evi Moralesin təhlükəsizlik xidmətinin avtomobilinə atəş açıb. İnsident Koçabamba şəhərində qeydə alınıb. Hadisə zamanı xidmətdə olmayan polislər mülki geyimdə olublar. Yolda onların Moralesin təyyarəsinin pilotunu hava limanına gətirməyə gedən prezident kortejinin avtomobilinin sürücüsü ilə münaqişələri yaranıb. Boliviya prezidenti Sukre şəhərinə uçmağa hazırlaşırmış.

Polislərin açdığı atəş kortejdəki avtomobilin arxa hissəsinə dəyib və heç kim xəsarət almayıb. Şübhəlilər saxlanılıblar, onlara qarşı ölümə cəhdlə bağlı ittiham irəli sürülüb. (modern.az)

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh