Bakıda avtobus qəza törətdi

Qəzalar 2 İyun 2014 16:11 Oxunub 1667
Bakıda avtobus qəza törətdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı minik avtomobilinin sürücüsü avtomobilin içində sıxışıb qalıb

Yasamal rayonunda minik avtomobili ilə avtobus toqquşub. Anspress-in məlumatına görə, qəza ötən gün gecə saatlarında Şərifzadə-Talıbli küçəsi, "Günəş petrol"un önündə qeydə alınıb. Yanacaqdoldurma məntəqəsindən çıxan “Mercedes C Class” markalı minik avtomobili 77 saylı maşrutun arxa hissəsinə çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüsü ön hissəsi əzilən avtomobilin içində sıxışıb qalıb. Yaxınlıqda olan şəxslər hadisə yerinə gəliblər və sürcünü sükan arxasında çıxarıblar. Həmin şəxs xəstəxanaya çatdırılıb. Avtomobildə olan digər şəxs isə yüngül bədən xəsarətləri alıb.

Avtobusda olan sərnişinlərdən isə xəsaərt alan olmayıb. Hadisə baş verəndən dərhal sonra onlar avtobusu tərk ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh