Yolayrıcında dəhşətli qəza: "Mercedes"lə "Vaz" toqquşdu - maşın belə çevrildi - VİDEO

Avtosfer TV 16 Mart 2020 11:56 Oxunub 1657
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"VAZ"-ın sürcüsü xəsarət alıb

Bakıda bir müddət əvvəl baş vermiş yol qəzasının görüntüləri yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxt küçələrinin birində baş verib. Belə ki, "Mercedes" markalı avtomobil svetoforun qırmızı işığında yolayrıcına daxil olub. Bu zaman sağdan sürətlə gələn "VAZ 2104" markalı avtomobil onunla toqquşub. Zərbənin nəticəsində ikinci avtomobil idarətetməni itirərək aşıb. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif əsədov Avtosfer.az-a bildirib ki, qəza hadisəsi bir müddət əvvəl baş versə də burada sürücülər üçün nəticə çıxarılası məqamlar var. "Yolayrıcına daxil olarkən işıqforun qırmızı işığının tələbini pozmaq inzibati xəta tərkibi yaratmaqla yanaşı həm də bu cür təhlükəli qəzalara yol açır. Eyni zamanda sürücülər çox zaman işıqforun son saniyələrində bu hərəkəti edirlər. Həmçinin digər istiqamətdə gələn maşınlar da yaşıl işıq yanan kimi yolayrıcına daxil olur. Sonda isə bu cür qəzalar baş verir. Sürücülərə tövsiyə edirik ki, belə məqamlarda səbrli olsunlar. Yolayrıcına daxil olan zaman digər istiqamətdən avtomobilin gəlib-gəlmədiyinə əmin olsunlar."

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh